Şeyx Nəim Qasim bugünkü çıxışında vurğuladı: Region xalqları müqavimət siyasətinə möhkəm inanırlar. Əl-Əqsa tufanı əməliyyatı müqavimətin varlığı və rolu ilə Yaxın Şərqin dəyişməsinin başlanğıcı oldu.
O dedi: İşğalçıların Əl-Əqsa tufanı əməliyyatından əvvəl hədəfi Fələstin xalqının müqavimətinə son qoymaq və onlara qarşı soyqırım törətmək idi. Düşmənin gördüyü iş döyüşmək deyil, bəşəriyyəti və azad xalqları öldürməkdir. Amerikanın dəstəyi olmasaydı, İsrailin təcavüzü bir ay ərzində dayanacaqdı.
Şeyx Nəim Qasim deyib: Əgər Qərb İsraili dəstəkləməsəydi, bu rejim davam edə bilməzdi. Amerika bizim torpaqda işğalçıların ortağıdır.
O dedi: Qəzzanın müqaviməti əfsanədir və bir ildir ki, sabitdir və daha da sabit olmağa qadirdir. Qəzza və İordan çayının qərb sahilinin müqaviməti və işğal olunmuş ərazilər daxilindəki əməliyyatlar göstərir ki, Fələstin xalqı və müqaviməti məğlub edilə bilməz.
Şeyx Nəim deyib: İran "Doğru vəd 1" və "Doğru vəd 2" əməliyyatı ilə Təl-Əvivin qəlbini hədəfə aldı və bu, İranın müqaviməti dəstəkləmək və yanında olmaq əzmində olduğunu göstərir.
Livan Hizbullahının baş katibinin müavini deyib: Netanyahu deyir ki, o, şimal sakinlərini geri qaytaracaq və biz ona onların neçə qat artığını qaçmağa məcbur edəcəyimizi söyləyirik.
Şeyx Nəim Qasim vurğulayıb: Hizbullahın və müqavimətin rəhbərliyi və idarəçiliyi nizamlı və dəqiqdir və biz hücumlardan sağ çıxdıq. Biz meydanda möhkəmik və düşmənin hayqırtısını eşidəcəksiniz. Şəhid liderlərimizdə olan xüsusiyyətlər, onların müavinləri, köməkçilərində də eyni ilə var. Təşkilati mexanizmə əsaslanaraq Hizbullahın baş katibini seçəcəyik və lazımi vaxtda bunu açıqlayacağıq.
Sizin rəyiniz